Formula-1 | TƏBİB tibbi xidmət təşkil edəcək
Eyni zamanda, tibbi xidmətin təşkili istiqamətində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Yeni Klinika, Xətai Tibb Mərkəzi və Sabunçu Tibb Mərkəzinin rəhbərliklərinə müvafiq tapşırıqlar verilib.
Yarış müddətində tibb məntəqələri lazımi tibbi avadanlıq və dərman vasitələri ilə təmin olunacaq. Tədbirin keçirildiyi müddət ərzində təhkim olunan bütün tibb işçiləri 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərəcək.
TƏBİB 6 ildir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində uğurlu əməkdaşlıq edir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


